Fransız futbolçu tarixə düşdü
AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutan İsveçrə ilə oyun Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, bu oyunda komandasının vurduğu qollardan birinin müəllifi də “Mançester Yunayted”in futbolçusu olub.
Nəticədə Poqba Fransa yığmasının tarixinə düşüb. Yarımmüdafiəçi bu komandanın heyətində ardıcıl dörd böyük turnirdə qol vurmağı bacaran ilk futbolçu ünvanına sahib çıxıb.
Poqba daha öncə DÇ-2014, AÇ-2016 və DÇ-2018-də də qol vurmağa nail olmuşdu.
Qeyd edək ki, Poqbanın vurduğu möhtəşəm qola və imza atdığı tarixi göstəriciyə baxmayaraq, Fransa millisi mübarizəni dayandırıb. Əsas və əlavə vaxtı 3:3 hesabıyla bitən Fransa – İsveçrə matçında qalib penaltilər seriyasında müəyyənləşib. 4:5 hesabıyla uduzan fransızlar AÇ-2020-ni erkən tərk ediblər.
Bizi Facebook-da izləyin