“Zirə”nin hazırlıq planı bəlli oldu
“Zirə” klubunun mövsümlərarası hazırlıq planı bəlli olub.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi iyunun 24-də çalışmalara start verəcək. Hazırlıq mərhələsinin Bakıda keçiriləcək ilk hissəsi iyulun 16-dək davam edəcək. “Zirə” bu müddətdə üç yoxlama oyunu keçirməyi planlaşdırır.
Hazırlığın növbəti mərhələsi isə Türkiyədə keçiriləcək. 18 iyul-1 avqust tarixlərində Türkiyədə olacaq “Zirə” bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin