“Messinin “Barselona”da qalmaq üçün bir sıra şərtləri var”

“Barselona” klubunun prezidenti Xuan Laporta açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Laporta, komandanın kapitanı Lionel Messi ilə yeni müqavilə üzərində çalışdıqlarını deyib:

“Messi “Barselona”da oynamağa davam edəcək. O da klubda qalmaq istəyir. Onun komandanı tərk edəcəyini düşünmürəm. Asan deyil, lakin əlimizdən gələni edəcəyik. Onu nə iləsə aldatmağa ehtiyac yoxdur. Messinin “Barselona”da qalmaq üçün bir sıra şərtləri var. Danışıqlarımız yaxşı gedir, lakin hələ müqavilə imzalanmayıb”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button