Qrizmann: “AÇ-2020-ni də qazanmaq istəyirik”

Fransa milli komandasının futbolçusu Antuan Qrizmann AÇ-2020 ilə bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qrizmann, çempion olmaq istədiklərini deyib:

“Yaxşı turnir olacaq. Dünya çempionatını qazandıqdan sonra hamının bizdən gözləntiləri böyükdür. AÇ-2020-ni də qazanmaq istəyirik. AÇ-2016-da finalda uduzduq, bu dəfə bacarmaq istəyirik.

Fransa millisinin tarixinə düşmək istəyirəm. Burda olduğum üçün qürurluyam. Rekordlar qırıb, zirvəyə çatmaq istəyirik”.

Qrizmann Fransa yığması ilə 90 oyunda 36 qol vurub.

Fransa millisi AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Almaniya ilə qarşılaşacaq. Oyun bu gün – iyunun 15-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button