“Keşlə”dən bir yeni transfer, bir yeni müqavilə
“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi olan bu klub “Qəbələ”dən Merab Giqauirini transfer edib.
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Gürcü yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Giqauri 2019-cu ilin iyunundan “Qəbələ”nin uğurları üçün çalışırdı. 28 yaşlı futbolçu geridə qalan iki mövsümdə bu komandada 42 oyuna çıxıb, 1 qol vurub.
“Keşlə” öz oyunçularından Şəhriyar Əliyevlə də müqavilənin müddətini artırıb. Belə ki, millimizin də üzvü olan müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.
“Keşlə”nin daha öncə “Neftçi”nin futbolçuları Rəhman Hacıyevlə Turan Vəlizadəni daha bir illik icarəyə götürdüyü məlum idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin