Laportadan Messi ilə bağlı açıqlama

İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta komandanın kapitanı Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Laporta, Messi ilə danışıqlar apardıqlarını bildirib:

“Messinin müqaviləsini yeniləmək üçün danışıqlarımız davam edir. Hələ rəsmi heç nə yoxdur. Lakin Messi “Barselona”nı sevir və burda qalmaq istəyir”.

Messinin “Barselona” ilə müqaviləsinin müddəti iyunun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button