Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

Futbol üzrə Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.

Komanda.az xəbər verir ki, İspaniyanın “Vilyarreal” klubunun yarımmüdafiəçisi Etyen Kapu həftənin ən yaxşısı seçilib.

Fransalı oyunçu İngiltərənin “Mançester Yunayted” komandasına qarşı keçirdikləri matçda 81 faizlik dəqiq ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Vilyarreal” əsas vaxtı 1:1 hesabıyla başa çatan final görüşündə penaltilərlə 11:10 qalib gələrək Avroliqanın qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button