Simeone “Liverpul”dan onu istəyir

“Liverpul”un futbolçusu Nabi Keyta karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, malili yarımmüdafiəçi ilə “Atletiko” klubu yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Keyta “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin ən sevdiyi futbolçulardandır. Madrid təmsilçisi yayda 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa çalışacaq.

Bu mövsüm Premyer Liqada 10 oyuna çıxan Keytanın “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button