İsayev Olimpiadaya lisenziya qazana bilmədi

Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarna lisenziya xarakteli Avropa Təsnifat Turniri davam edir.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayıb.

80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu Radik İsayev dayanq üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan 32 yaşlı idmançı serbiyalı Miloş Qoluboviçla qarşılaşıb. Rəqibinə 20:10 hesabı ilə qalib gələn İsayev yarımfinala vəsiqə qazanıb.

Titullu taekvondoçunun final yolunda rəqibi Deyan Georgiyevski (Makedoniya) olub. Rəqibinə 6:13 hesabı ilə uduzan İsayev Tokio olimpiadasına lisenziya qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button