Çempionlar Liqasının tarixinə düşdü – 20 yaşında
“Real” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında “Liverpul”u məğlub edib – 3:1.
Komanda.az “OptaPaolo”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşmada dubl edən “Real”ın hücumçusu Vinisius Junior turnirin tarixinə düşüb. Belə ki, braziliyalı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində qol vuran ən gənc oyunçu olub. O, bu göstəriciyə 20 yaş 268 günlüyündə nail olub.
Bundan əvvəlki rekord “Milan”ın sabiq futbolçusu Kakaya aid idi. Braziliyalı sabiq yarımmüdafiəçi Çempionlar Liqasının 1/4 finalında qol vurarkən, 21 yaş 336 günlük idi. O, 2003-cü ildə “Deportivo” ilə keçirilən matçda (4:1) iki qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin