“İnter” Lukakuya qiymət qoydu
İtaliyanın “İnter” klubu futbolçusu Romelu Lukakunun transfer dəyərini müəyyənləşdirib.
Komanda.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “İnter”in Lukakunu yayda 120 milyon avro qarşılığında sata biləcəyi qeyd olunub.
“İnter”in mövsümün sonunda maliyyə itkiləri 130-140 milyon avro ola bilər. “Neradzurra” koronavirus pandemiyasına görə yaranmış maddi problemlər səbəbindən hücumçularından birini sata bilər.
Lukaku bu mövsüm 34 oyunda 25 qol vurub. 27 yaşlı hücumçu ilə İngiltərənin “Çelsi”, İspaniyanın “Barselona” klubu maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin