Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu
Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn layiq görülüb.
28 yaşlı forvard doğma meydanda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb.
Avroliqada həftənin ən yaxşısı adına “Ayaks”ın (Niderland) hücumçusu Duşan Tadiç, “Qranada”nın (İspaniya) hücumçusu Roberto Soldado və “Roma”nın (İtaliya) yarımmüdafiəçisi Lorentso Pelleqrini də namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin