“Barselona”nın yeni prezidentindən Messi ilə bağlı açıqlama
İspaniyanın “Barselona” klubunun yeni prezidenti Xuan Laporta açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 58 yaşlı funksioner, komandanın kapitanı Lionel Messinin gələcəyiylə bağlı danışıb:
“Messi ilə danışacam. Onu komandada qalacağına inandıra biləcəm? Bu, özündən asılıdır. Onu burda saxlamaq üçün klubun maddi imkanları daxilində hər şeyi edəcəm”.
Messinin “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin