“Neftçi” – “Sabah” matçında stadionun işıqları söndü
Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunun “Neftçi” – “Sabah” oyununda problem yaranıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın ilk yarısında matçın keçirildiyi 8-ci km stadionunun işıqları sönüb.
Bu, matçın 26-cı dəqiqəsinə təsadüf edib. Nəticədə qarşılaşmada fasilə yaranıb. Bundan təxminən 6 dəqiqə sonra arenanın öz generatorları işə salınıb, 10 dəqiqə sonra isə oyun bərpa olunub.
Qeyd edək ki, hazırda matçda hesab açılmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin