Sulşer: “Milan”la oyunda Çempionlar Liqasındakı kimi atmosfer olacaq”

Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb və İngiltərənin “Mançester Yunayted” klubu İtaliya “Milan”ına rəqib olub.

Komanda.az xəbər verir ki, MY-nin baş məşqçisi Ole-Qunnar Sulşer klubun saytına açıqlamasında püşkü dəyərləndirib:

“Püşkə baxın, hər zaman bizə çətin rəqiblər düşür. “Milan”la oyunda Çempionlar Liqasındakı kimi atmosfer olacaq. Oyunları səbirsizliklə gözləyirik. Komandanın belə çətin matçlara ehtiyacı var. “Milan”ın ənənələrinə və klubun tarixinə hörmət edirik”.

Sulşer, “Milan”ın hücumçusu Zlatan İbrahimoviç haqda da xoş sözlər deyib:

“İbrahimoviçin varlığı komandaya yaxşı təsir edir. Onun daha əvvəl karyersanı bitirəcəyini düşünürdüm. Zədələnməsi İbrahimoviçin yaxşı səviyyədə çıxış edəcəyinə şübhə yaradırdı. Lakin o ABŞ-a getdi və formasını yığdıqdan sonra “Milan”a yollandı. İndi isə yüksək səviyyədə futbol oynayır”.

“Mançester Yunayted” “Milan”la ilk oyununu martın 11-də İngiltərədə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra İtaliyada olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button