“Keşlə”də mənə kifayət qədər şans verilmədi” – braziliyalı futbolçu
Bir müddət əvvəl “Keşlə”dən ayrılan və hazırda Ukraynanın “Lvov” klubunda çıxış edən Alvaro Tavares müsahibə verib.
Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Lvov”un mətbuat xidmətinə danışarkən “Keşlə”dən ayrılmasının səbəbini də açıqlayıb:
“Keşlə”də mənə kifayət qədər şans verilmədi. Yaxşı hazırlaşırdım və iştirak etdiyim oyunlarda komandama fayda verməyə çalışırdım. Rəsmi oyunlarda az şans qazanmağımın səbəbini bilmədim. Buna görə də onlardan müqaviləmi ləğv etməklərini xahiş etdim və “Lvov”a qayıtdım”.
Alvaro Tavares ötən ilin sentyabrından noyabrına kimi “Keşlə”də çıxış edib. 26 yaşlı yarımmüdafiəçi Bakı klubunda 6 oyuna 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin