Premyer Liqada 2-ci dövrənin ən yaxşı komandası bilindi
Azərbaycan Premyer Liqasında qış fasiləsi 14-cü turun oyunları ilə başa çatıb.
Komanda.az xəbər verir ki, bu matçlar həm də 2-ci dövrənin son görüşləri olub. 2021-ci ilin ilk turu ilə tamamlanan dövrədə 28 oyun baş tutub.
Dövrəni məğlubiyyətsiz başa vuran “Qarabağ” 17 xalla hamını qabaqlayıb. “Neftçi” 14, ən az qol buraxan “Zirə” 12 xal toplayıb. Çempionatın ikinci dövrəsinin ən uğursuz komandası “Keşlə” olub. Hesabat turunda bakılılara qalib gələn “Sumqayıt” ilk qələbə ilə son sıranı tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin