“Kəpəz”dən 3 transfer
Birinci divizionda mübarizə aparan “Kəpəz” klubu heyətini gücləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mövsümün ikinci dövrəsinə hazırlığı davam etdirən “Kəpəz” heyətini üç futbolçu ilə gücləndirib. Gəncə təmsilçisi müdafiəçilər – Hikmət Verdiyev, Nika Baçaliaşvili və yarımmüdafiəçi Samir Qurbanovu sıralarına qatıb. Bu futbolçularla mövsümün sonuna qədər müqavilə bağlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin