“Qəbələ”nin “Neftçi” ilə oyunu ləğv olundu

“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlıqlarına bu gün start verəcək.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək. “Qəbələ”nin 2021-ci ildə ilk məşqi günün ikinci yarısına təsadüf edəcək.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlıq prosesi çərçivəsində öncədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama görüşü keçiriləcək. Belə ki, yanvarın 10-na planlaşdırılan “Neftçi” ilə görüş baş tutmayacaq.

Ayın 13-dək Qəbələ şəhər stadionunda hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışı Bakıda davam etdirəcək. Yanvarın 14-də “Qəbələ” “Sumqayıt”la matçda qüvvəsini sınayacaq.

“Qəbələ”nin məşqlərinə U-19 komandasının dörd üzvü də qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button