“Dünyanın ən yaxşı müdafiəçisi Vircil van Dayk deyil, Serxio Ramosdur”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand, “Liverpul”un futbolçusu Vircil van Daykla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı sabiq futbolçu, Van Daykın dünyanın ən yaxşı müdafiəçisi olması ilə bağlı fikirlərlə razılaşmadığını deyib:

“Dünyanın ən yaxşı müdafiəçisi Vircil van Dayk deyil, Serxio Ramosdur. Ən yaxşı olmaq üçün nələrsə qazanmaq lazımdır. Ramos vacib oyunlarda hər zaman önə çıxdı və komandasına titullar qazandırdı. Vircil yüksək potensialı olan fantastik bir futbolçudur, amma hazırda ən yaxşı deyil. Fərdi uğurlar qazanmaq üçün komanda ilə birlikdə qalib olmaq şərtdir. “Liverpul” çempion olsa, fərqli fikirlər deyə bilərik”.

Ferdinand bu mövsüm Premyer Liqada “Mançester Siti”ni favorit gördüyünü deyib:

“Liverpul”un çempion olması çətindir. Buna görə də, Premyer Liqada ilin futbolçusu Rahim Sterlinq (“Mançester Siti”) seçilə bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button