“Nəticəyə görə məyusluq yaşadıq, amma…” – Flik

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik FİFA-nın ilin ən yaxşılarını mükafatlandırması ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ilin ən yaxşı baş məşqçisi adına mübarizədə “Liverpul”un çalışdırıcısı Yurgen Kloppa məğlub olaraq, ikinci olan Flik nəticələrlə bağlı bunu deyib:

“Klopp komandası ilə birlikdə bu mükafata layiq idi, mənim heyətimlə birlikdə layiq olduğum kimi. Nəticəyə görə məyusluq yaşadıq, amma bu, normaldır. Çatmağımız lazım olan yeni hədəflər var. Komandamız əla nəticələr əldə edib. Manuel Noyer və Robert Levandovski ilin ən yaxşıları arasında yer aldı. Bu səbəblə keçən mövsümün bizim üçün əla keçdiyini demək olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button