
“Mançester Yunayted”dən yeni rekord
İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində səfərdə “Şeffild Yunayted”i məğlub edən (3:2) “Mançester Yunayted” klubu yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” turnir tarixində ardıcıl 10 səfər matçında iki və daha çox qol vuran ilk komanda olub. Bu barədə “Opta” portalı məlumat yayıb.
İngiltərə çempionatları tarixində bu göstəriciyə ilk dəfə “Tottenhem” imza atıb. London təmsilçisi 1960-cı ildə yerli çempionatda ardıcıl 10 səfər matçında iki və daha çox qol vurmağı bacarmışdı.
“Mançester Yunayted” Premyer Liqada 6-cı sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



