Türkiyə klubu keçmiş kapitanına heykəl qoydu FOTO
Türkiyənin “Bursaspor” klubu keçmiş futbolçusu və kapitanı Pablo Batalyaya heykəl qoyub.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Argentinalı futbolçunun heykəli klubun bazasının girişinə qoyulub.
Batalya 2009-2014-cü illər aralığında “Bursaspor”da çıxış edib. Yarımmüdafiəçi “Bursaspor”la 2010/11 mövsümündə Super Liqada çempionluq yaşayıb. Batalya “timsahlar”da 210 oyunda 55 qol vurub, 65 məhsuldar ötürmə edib.
36 yaşlı futbolçu hazırda klubsuzdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin