UEFA-dan PSJ – “Başakşəhər” oyununa yeni hakim təyinatı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda yarımçıq dayandırılan PSJ (Fransa) – “Başakşəhər” (Türkiyə) matçına yeni hakimlər briqadası təyin edilib.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Oyunu niderlandlı hakimlər idarə edəcək. Matçın baş hakimi Danni Makkeli olacaq. Ona həmyerlisi Mario Diks və polşalı Marsin Bonek kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Polşadan Bartoş Frankovski yerinə yetirəcək.
PSJ – “Başakşəhər” oyunu 4-cü hakim Sebastyan Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb. Matç sabah qaldığı yerdən davam etdiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin