Neymarın anasının sevgilisi bıçaqlandı FOTO
PSJ-nin futbolçusu Neymarın anasının sevgilisi Tiaqo Ramos bıçaqlanıb.
Komanda.az xəbər verir ki, 24 yaşlı Ramos Meksikada hücuma məruz qalıb. Tiaqo Ramos Meksikadakı restoranların birində bıçaqlanıb. Hazırda durumu yaxşı olan Tiaqo, Braziliya mətbuatına açıqlamasında hadisəylə bağlı bunları deyib:
“Etmədiyim bir şeyə görə az qala ölürdüm. Restorana getdim və bir qab istədim. Üç nəfər üzərimə gəldi, ikisi məni döyərkən, biri də arxadan bıçaqla vurdu”.
Tiaqo Ramos Neymarın 52 yaşlı anası Nadin Santosla sevgili olduqlarını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin