Azərbaycanın Premyer Liqa klublarında koronavirusa kütləvi yoluxma

Azərbaycan Premyer Liqası klubları arasında koronavirusa yoluxma halları artıb.

Komanda.az xəbər verir ki, “Sumqayıt”da son olaraq 18 nəfərdə koronavirus aşkarlanıb. Bu, komandasının son olaraq verdiyi koronavirus testinin nəticəsində bəlli olub. “Kimyaçılar” bununla bağlı PFL-ə müraciət edərək, 12-ci turun “Zirə” ilə matçının təxirə salınmasını xahiş ediblər.

Bundan başqa, “Sabah”da da koronavirusa yoluxanların sayı artıb. Komandada 8 nəfərin koronavirus testinin nəticəsi pozitiv olub. “Sabah”da futbolçular növbəti dəfə koronavirus testindən keçəcəklər.

“Sumqayıt” Premyer Liqanın növbəti turunda “Zirə”, “Sabah” isə “Neftçi” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button