Premyer Liqada mövsümün antirekordu

Azərbaycan Premyer Liqasının 11-ci turunda 5 qol vurulub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, “Neftçi” – “Zirə” qarşılaşması qolsuz bitibsə, “Sumqayıt” – “Qəbələ” matçı 0:1, “Səbail” – “Qarabağ” və “Keşlə” – “Sabah” görüşləri 1:1 hesabı ilə nəticələnib. Turun orta məhsuldarlığı 1,25-ə bərabər olub. Bu, cari mövsümün ən aşağı məhsuldarlığıdır. Sonuncu dəfə belə göstərici 2017/18 mövsümündə qeydə alınıb. 2018-ci il fevralın 10-11-də keçirilən 15-ci turda da indiki kimi, 4 matçda 5 qol vurulub və orta göstərici 1,25-ə bərabər olub.

Daha aşağı məhsuldarlıq 2016/17 mövsümündə rəsmiləşib. 2017-ci il martın 13-14-də keçirilən 22-ci turun 4 matçında cəmi 4 qol vurulub. Həmin vaxt orta göstərici 1,00-ə bərabər olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button