“Fənərbaxça” azərbaycanlı şəhidin ailəsinə başsağlığı verdi

Türkiyənin “Fənərbaxça” klubu İkinci Qarabağ müharibəsində şəhid olan Niyamin Niftalızadəni yad edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Niyaminin məzarı üzərinə “Fənərbaxça” formasının və klubun rənglərində əklil qoyulması qeyd olunub.

Klub rəsmi saytı vasitəsilə “Fənərbaxça” azarkeşi olan şəhidin ailəsinə və yaxınlarına başsağlığı verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button