“Zirvədə olmaq yaxşıdır, amma…” – Mourinyo
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 9-cu turu çərçivəsində “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:
“Oyuna hazırlaşmaq üçün vaxtımız çox idi. Rəqibi yaxşı təhlil etmişdik, onlar üçün nəyin asan, nəyin çətin olduğunu bilirdik.
Harri Keyn komanda futbolçusudur. İnsanlar hücumçuları qollarının sayına görə qiymətləndirirlər. Amma Keyn bunu dəyişəcək və insanlar hücumçuları komanda üçün etdiklərinə görə qiymətləndirəcəklər.
İnsanlar ilk sıralara yüksəlməyimizi gözləyirdilər. Zirvədə olmaq yaxşıdır, amma “Lester” qələbə qazansa, ikinci sıraya geriləyəcəyik. Bu, çox da önəmli deyil. Çünki biz çempionluq üçün yox, hər oyunu qazanmaq üçün oynayırıq”.
Bizi Facebook-da izləyin