Serxio Ramos karyerası ilə bağlı qərarını verdi

“Real”ın kapitanı Serxio Ramosla yeni müqavilə üçün danışıqlar apardığını xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, tərəflər yeni müqavilənin şərtlərində anlaşıblar. 34 yaşlı futbolçu karyerasını paytaxt klubunda bitirməyə qərar verib. Onun yaxın günlərdə mətbuat konfransı keçirəcəyi və bu qərarını açıqlayacağı bildirilir.

2005-ci ildən “Real”ın şərəfini qoruyan futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button