UEFA-dan Mourinyoya cəza
UEFA İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Avropa Liqasının 2-ci turunda “Antverpen”lə oyunun (0:1) ikinci hissəsində portuqaliyalı məşqçinin futbolçuları meydana gec buraxması olub. Qitə futbol qurumu bu səbəblə mütəxəssisə bir oyunluq cəza verib. Lakin bu cəza şərti xarakter daşıyır və bir illik təxirə salınıb.
UEFA eyni səbəblə İngiltərə klubuna pul cəzası da verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin