“Uzun müddətdir millidə oynamırdıq, həyəcanlı idik” – Messi
DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsinin 1-ci turu çərçivəsində Ekvadora 1:0 hesabı ilə qalib Argentina millisinin futbolçusu Lionel Messi açıqlama verib.
Komanda.az xəbər verir ki, oyundakı yeganə qolun müəllifi olan hücumçu, qarşılaşmanı belə dəyərləndirib:
“Ekvadorla oyunun çətin olacağını bilirdik, amma əsas odur ki, vacib qələbə qazandıq. Bu qələbə bizim üçün çox əhəmiyyətli idi, seçmə mərhələnin oyunlarının çətin olacağını bilirik. Uzun müddətdir millidə oynamırdıq, həyəcanlı idik. Yenidən milli ilə oynamaq, azarkeşləri sevindirmək bizə kömək edir. Komanda olaraq inkişaf etməliyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin