“Düşünürəm ki, bu, yaşayacağım ən pis hiss olacaq” – Van Dayk
İngiltərənin “Liverpul” klubunun şərəfini qoruyan Vircil van Dayk açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, niderlandlı müdafiəçi, “qırmızılar”ın çıxışı və azarkeşlər barədə danışıb:
“Düşünürəm ki, zirvədə qalmağa çalışmaq daha çətindir. Təbii ki, çətin günlər də yaşayacağıq. İndi biz çempionuq, amma bu, sadəcə bir müddət davam edir. Bundan zövq almalı və davam etməliyik. Mənim əsas hədəfim karyeramı bitirənə qədər əlimdən gələni etmək və sonra peşman olmamaqdır. Karyeramın qalan hissəsində nədənsə peşman olmaq istəmirəm. Düşünürəm ki, bu, yaşayacağım ən pis hiss olacaq.
Azarkeşlər həm çətin anlarda, həm də yaxşı oyunlarda böyük rol oynaya bilirlər. Onlar daha yaxşı iş görmək üçün motivasiya verirlər. Bu, futbolda ən sevdiyim nüansdır”.
Bizi Facebook-da izləyin