“Atletiko”nu “Sassuolo”ya dəyişdi
İtaliyanın “Sassuolo” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Madrid “Atletiko”sunun uruqvaylı hücumçusu Nikolas Skiappakasseni transfer edib.
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Montevideo “River Pleyt”inin yetirməsi olan Skiappakasse, 2016-cı ildən “Atletiko”da idi. Lakin Madrid təmsilçisi onu son üç ildə “Famalikan”, “Parma” və “Rayo Majadahonda” klublarına icarəyə vermişdi.
“Sassuolo” Marsel “Olimpik”inin yarımmüdafiəçisi Maksim Lopesi də icarə əsasında heyətinə qatıb. 22 yaşlı fransız futbolçu satınalma şərti ilə icarəyə götürülüb. Fransa klubunun öz yetirməsi olan Lopes, Marsel təmsilçisində 150 oyun keçirib, 5 qol və 21 məhsuldar ötürmə müəllifi olub.
Bizi Facebook-da izləyin