“O, 90 dəqiqə mübarizə aparmağa hazır deyil” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Pol Poqba haqda danışıb.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, fransalının 90 dəqiqə oynamağa hazır olmadığını dilə gətirib:

“Poqbada irəliləyişin olduğunu görürəm. Lakin o, hələ də ən yaxşı formasından uzaqdır. 90 dəqiqə mübarizə aparmağa hazır deyil. Getdikcə bu məsələni də həll edəcəyik”.

Fransalı futbolçu keçən ilin yayında “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra “qoca sinyora”ya qayıdıb. Cari mövsümdə o, “Yuventus”un heyətində 3 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button