5-ci turun daha 2 iki oyunu arxada qaldı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 5-ci turun növbəti matçları keçirilib.

Komanda.az xəbər verir ki, “Milli Aviasiya Akademiyası” komandası “Murov Az Terminal”lı 3:0 hesabı ilə məğlub edib.

Qarşılaşma Milli Aviasiya Akademiyasının idman zalında baş tutub.

Digər görüşdə isə “Turan” UNEC kollektivinə heç bir şans tanımayıb rəqibini eyni hesabla – 3:0 üstələyib.

Bu matç isə UNEC-in idman zalında keçirilib.

Turun ötən gün baş tutan “DH Volley” – “Gənclər” görüşündə birincilər 3:0 hesablı qələbə qazanıb. Qadınlar arasında Yüksək Liqanın V turuna sabah yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button