Oblakın taleyi öz əlindədir

“Atletiko”nun əsas qapıçısı Yan Oblak yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, sloveniyalı qolkiper gələcəyi ilə bağlı yekun qərarı özü verəcək. Klub rəhbərliyi isə 33 yaşlı qapıçının ayrılmaq istəyi olacağı təqdirdə, onun transferinə maneə yaratmayacaq.

Oblak 2014-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

O, 2025/26 mövsümündə La Liqada 30 oyunda meydana çıxıb, 31 qol buraxıb, 11 matçda isə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button