“Sumqayıt” rəsmisinin “üsyan”ı: “Danışmayana “pəpə” yoxdur”

“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev 1:2 hesabı ilə məğlub olduqları matçın hakim idarəçiliyindən şikayətlənib. Klub rəsmisi mətbuat konfransında bunu deyib:

“Bu vaxta qədər heç vaxt hakimliklə bağlı geniş etirazımız olmayıb. Düşünmüşük ki, hakim də insandır. Amma bu hallar təkrarlandığına görə klub olaraq etirazımızı bildirəcəyik. Görürük ki, danışmayana “pəpə” yoxdur”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button