Tanınmış futbolçu Səudiyyə Ərəbistanına gedə bilər – Yayda

“Marsel”in hücumçusu Meyson Qrinvud mövsümün sonunda Fransa çempionatını tərk edə və karyerasını Yaxın Şərqdə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

İngiltərəli futbolçunun transferi üçün Səudiyyə Ərəbistanı klubları maraq göstərir. Keçid yay transfer dövründə reallaşa bilər.

Qrinvudun “Marsel”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. Onun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

24 yaşlı futbolçu cari mövsümdə 36 oyunda iştirak edib, 24 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button