
“Real” “qızıl top”un qalibinin transferini planlaşdırır
Xarici media “Real”ın adını ispaniyalı yarımmüdafiəçi Rodri ilə əlaqələndirməyə davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu Rodrini öz sıralarına qatmaq istəyir. “Kral klubu” dünya çempionatından əvvəl ispaniyalı futbolçunun fiziki hazırlığını qiymətləndirəcək.
Rodrinin “Mançester Siti”dən transferinin “Real”a təxminən 50 milyon avroya başa gələcəyi gözlənilir. Futbolçu 2024-cü ildə “qızıl top” mükafatını qazanıb.
Rodri iyun ayında 30 yaşına çatacaq. Yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



