“Vest Hem”in futbolçusu İngiltərənin iki top-klubunun hədəfindədir

“Vest Hem”in yarımmüdafiəçisi Mateus Fernandes İngiltərə Premyer Liqasının iki top-klubunun maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun transferində “Mançester Siti” və “Mançester Yunayted” maraqlıdır. Futbolçunun bazar dəyəri 32 milyon avro olaraq qiymətləndirilir.

Portuqaliyalı yarımmüdafiəçinin komandası üçün mövsüm uğurlu alınmır. London klubu Premyer Liqada turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və elitadan düşmə təhlükəsi ilə üz-üzədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button