“Beşiktaş”ın futbolçusu qərarını dəyişib

“Beşiktaş”ın müdafiəçisi Rafa Silvanın karyerasını başa vurmağı düşündüyü barədə payızda məlumatlar yayılmışdı.

Ancaq portuqaliyalı futbolçu bu qərarından imtina edib və hazırda özünə yeni klub axtarır. Artıq dəqiqdir ki, Rafa Silva mövsümün sonunda “Beşiktaş”la yollarını ayıracaq.

Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun karyerasını davam etdirməsi üçün iki əsas variant var. Onun ya doğma klubu olan Lissabon “Benfika”sına qayıdacağı, ya da Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçəcəyi bildirilir.

Maliyyə baxımından “Əl-Əhli” daha cəlbedici təkliflə çıxış etməyə hazırdır və Rafa Silva üçün 15 milyon avroya qədər ödəniş edə bilər. Bununla belə, “Benfika”nın da mühüm üstünlüyü var. O, 2016–2024-cü illər ərzində məhz bu klubun şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button