Avropanın 2 ən yaxşı futbolçusu onlardır – Kimmixə görə

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix hazırda Avropanın ən yaxşı iki futbolçusunun adını açıqlayıb.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu, Kilian Mbappe (PSJ) və Vinisius Juniorun (“Real”) Avropanın ən yaxşı iki oyunçusu olduğunu bildirib:

“Kilian Mbappe və Vinisius Junior hazırda Avropa futbolunun ən yaxşı iki oyunçusudur. Vinisius kimi oyunçuya qarşı oynamaq imkanı əldə etdiyim üçün çox şadam”.

“Bayern” aprelin 30-da Çempionlar Liqasının yarımfinalında “Real”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button