Premyer Liqanın 3 klubdan “Mançester Siti”yə dəstək

İngiltərə çempionatının 3 klubu “Mançester Siti”yə dəstək çıxıb və Premyer Liqaya qarşı iddianı təsdiqləyib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, hazırkı çempionun mövqeyini “Çelsi”, “Nyukasl” və “Aston Villa” qəbul edib.

Daha əvvəl “Mançester Siti”nin Premyer Liqanı məhkəməyə verdiyi məlum olub. “Şəhərlilər” eyni sahibləri olan klub və şirkətlərin kommersiya və sponsorluq əməliyyatlarının qiymətləndirilməsi ilə bağlı əlaqəli tərəflərin münasibətləri haqqında qaydanın ləğvinə nail olmaq istəyirlər.

Pep Qvardiolanın komandası ötən mövsüm “Arsenal”ı 2 xal qabaqlayaraq, İngiltərə çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button