“3-4 gündən bir oynamağa hazır deyilik” – Qvardiola

Koronavirus səbəbiylə dayandırılan İngiltərə Premyer Liqasının bərpasından sonra ilk oyununu “Arsenal”a qarşı keçirəcək “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az xəbər verir ki, mütəxəssis, çempionatın bərpası və qarşılaşacaqları mümkün çətinliklərlə bağlı danışıb:

“İspaniya və Almaniyada olduğu kimi, İngiltərədə də futbol cəmiyyətin vacib hissəsidir. Çempionatın bərpasından sonra bir oyun keçirməyə hazırıq, amma 3-4 gündən bir oynamağa hazır deyilik. Sıx qrafik səbəbiylə bütün futbolçularımızdan istifadə etməli olacağıq. Bütün klublar sadəcə 3 həftə məşq edə bilib. Hamımız bunun kifayət etmədiyini bilirik, amma hər kəs eyni vəziyyətdədir və buna uyğunlaşmalıyıq”.

“Mançester Siti” – “Arsenal” oyunu bu gün, saat 23:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button