Yeni mövsümdə ÇL-də iştirak edəcək ilk komanda bilindi

2020/21 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək ilk komanda məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu, İngiltərənin “Liverpul” klubudur. Hazırda Premyer Liqada 76 xalla lider olan “Liverpul” bundan sonra bütün oyunlarını uduzsa da, yerli çempionatı ilk 4-lükdə bitirəcək və yeni mövsümdə ÇL-də iştirak edəcək.

Premyer Liqada 4-cü sırada yer alan “Çelsi”nin hazırda 41 xalı var. London təmsilçisi bütün matçlarını qazansa belə, “Liverpul”a çata bilmir.

“Liverpul” ən yaxın izləyicisi “Mançester Siti”dən 25 xal öndədir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button