17-ci turun matçları 1 dəqiqəlik sükutla başlayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq, 25 fevral tarixində baş tutacaq qarşılaşmaların hamısından öncə 1 dəqiqəlik sükut elan ediləcək.

Qeyd edək ki, 17-ci turun dörd matçının hamısı Xocalı faciəsinin ildönümündən bir gün əvvələ təsadüf edəcək. Həmin gün “Qəbələ” – “Sumqayıt” (15:00), “Zirə” – “Neftçi” (16:00), “Sabah” – “Keşlə” (17:30) və “Qarabağ” – “Səbail” (18:30) matçları keçiriləcək.