10 milyon avro ver, Poqbanı al

“Yuventus” Pol Poqbanı 10 milyon avroya buraxmağa hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Daha əvvəl “Əl-İttihad”ın fransalı yarımmüdafiəçiyə 100 milyon avro qarşılığında 3 illik müqavilə və bonuslar təklif etdiyi bildirilirdi.

30 yaşlı futbolçu əslində Səudiyyə Ərəbistanının digər klubu “Əl-Əhli”dən təklif alıb. Ciddə klubu əvvəlcə zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxan futbolçunun vəziyyətini qiymətləndirmək istəyir.

Poqba “Yuventus”u tərk edib-etməyəcəyindən əmin deyil. O, Səudiyyə Ərəbistanı klubunun təklifini qəbul etmək qərarına gəlsə, “Yuventus” onu 10 milyon avroya satmağa hazır olacaq.

Poqba keçən yay azad agent kimi “Yuventus”a qayıtmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button