“Çelsi”yə 50 milyon avroluq təklif – Lukaku üçün

“Əl-Hilal” klubu “Çelsi”nin hücumçusu Romelu Lukakunu transfer etmək fikrindədir.

Komanda.az “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 30 yaşlı forvard üçün “zadəganlar”a 50 milyon avroluq təklif göndərib.

Lukaku 2022/23 mövsümünü icarə əsasında “İnter”də keçirib. O, bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button