Kulibali Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır

“Çelsi”nin müdafiəçisi Xalidu Kulibali tezliklə “Əl-Hilal”a keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 32 yaşlı futbolçunun keçidi ilə bağlı bütün şərtlərdə razılıq əldə ediblər. Seneqallı futbolçu qarşıdakı iki gün ərzində tibbi müayinədən keçərək, Səudiyyə Ərəbistanı təmsilçisi ilə sözləşmə imzalayacaq.

Kulibali keçən ilin iyulunda “Napoli”dən “Çelsi”yə keçib. O, 2022/23 mövsümündə “zadəganlar”ın heyətində 32 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button